Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 11:36:00
UNEC: Açıq qapı”da imtahanlarla bağlı tələbələrin sualları cavablandırılacaq  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) imtahan sessiyası dövründə hər həftənin şənbə günü saat 11-də rektor Ədalət Muradov və İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə onlayn “Açıq qapı” günləri keçiriləcək.

UNEC-dən  bildirilib ki, “Açıq qapı”da imtahanlarla bağlı tələbələrin sualları cavablandırılacaq və müraciətləri dinləniləcək.

Qəbul “Zoom” platforması üzərindən aparılacaq. İmtahanla bağlı sualı, müraciəti, şikayəti və təklifi olanlar 1846 “Qaynar xətt”inə zəng edərək “Açıq qapı”ya yazıla bilərlər.

IV modul üzrə imtahanlar iyulun 3-dək davam edəcək.