Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 13:10:00
“Teledərs”lərdə paytaxt müəllimləri fəal iştirak edib-BŞTİ

“Teledərs”lərdə paytaxt müəllimləri də fəal iştirak edib.

Müəllimlər distant tədris prosesində fəallıq göstərib Koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində müəllimlərin fədakarlığı, peşəkar yanaşması və distant tədrisin təşkilində fəal iştirakı xüsusilə qeyd olunmalıdır. Qeyd edək ki, mövcud vəziyyətlə bağlı təhsil müəssisələrində tədris ili ərzində dərslər hibrid və distant formada keçirilib. Müəllimlər pandemiyanın gətirdiyi bütün bu çətinliklərə baxmayaraq öz peşələrinin öhdəsindən layiqincə gəliblər.

BŞTİ-dən AzEdu.az-a verilən məlumata əsasən, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Teledərs” layihəsində paytaxt müəllimləri də fəal iştirak ediblər. Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin məsafədən təşkili üçün həyata keçirilən teledərslər “Mədəniyyət” və “ARB Günəş” telekanallarında həftənin 5 günü şagirdlərə təqdim olunub.

 

Teledərslər bütün sinifləri əhatə edib, dərs mövzularına dair qısa izah və təlimatlar verilib. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları