Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 17:22:00
Ölkəmizdə təhsil alan xarici tələbələrin sayı açıqlandı

2020-2021-ci tədris ili üzrə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb.

 

AzEdu.az APA-ya istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili əlaqədar hesabatında bildirilib. Qeyd edilib ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.