Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 14:16:00
İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün 1943 namizəd imtahan verəcək

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanında iştirak etmək üçün BA qrupu üzrə 552, BB qrupu üzrə 1391 olmaqla, ümumilikdə 1943 namizəd qeydiyyatdan keçib.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyunun 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.