Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 12:45:00
Ürək-qan dövranı sisteminin bəzi xəstəlikləri zamanı əlillik müddətsiz təyin ediləcək

Ürək-qan dövranı sisteminin xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib.


Bu, “Əlilliyin müəyyən olunması Meyarları”na əlavə “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndə əksini tapıb.

 

Aşağıdakı qan dövranı sisteminin xəstəlikləri zamanı insan orqanizminin funksiyalarının itirilmə faizindən asılı olaraq əlillik müddətsiz təyin olunacaq:


- Arterial hipertenziyanın I, II və III dərəcələri, xəstəliyin II və III mərhələləri, əlaqəli klinik vəziyyətlərdən irəli gələn orqanizmin funksiyası(lar)nın əhəmiyyətli təzahür edən pozulması, tez-tez (ildə 6 dəfədən çox) olan ağır krizlər olduğu zaman – 81 -100%


- Ürəyin işemik xəstəliyi zamanı stenokardiya lV FS – ağır, ürək qan dövranının əhəmiyyətli pozulması (III mərhələ XÜÇ ilə müşayiət olunanda) – 81-100%


- Ürəyin işemik xəstəliyi zamanı funksiyaların əhəmiyyətli təzahür edən pozulması - stenokardiya IV FS; ürək ritminin əhəmiyyətli təzahür edən daimi və (və ya) paroksizmal pozulması; ürəkdaxili trombozla postinfarkt anevrizma; IV- FS-ə aid və dözülə bilən fiziki yükləmə zamanı miokardın simptomsuz (ağrısız) işemiyası və EKQ monitorinqinin nəticələrinə görə miokardın ağrısız işemiyası epizodlarının toplam gündəlik müddəti 60 dəqiqə və daha çox olduqda; XÜÇ III mərhələ - 81 -100 %


- Ürək-damar sisteminin funksiyalarının əhəmiyyətli təzahür edən pozulmasına (IV dərəcə) gətirən (XÜÇ III mərhələ, IV FS) – 81 -100 %


- Ürək-damar sisteminin funksiyalarının əhəmiyyətli pozulması –ürək ritminin əhəmiyyətli paroksizmal pozuntusu: taxikardiya paroksizmləri (aritmiyalar) ildə 9 dəfədən çox, vaxtaşırı hər ay və ya hər gün; 12 saatdan 24 saata qədər və daha çox; az əhəmiyyətli fiziki və ya nevro-psixoloji gərginliklə qıcıqlanan, hətta qıcıqlandırıcı amillər olmadan da baş verə bilər; ürəyin qlobal funksiyasının, koronar qan dövranının və beyin hemodinamikasının əhəmiyyətli təzahür edən pozulması; peroral və parenteral antiaritmik dərman vasitələrinin sistematik qəbulu (sxemlə), elektroimpuls terapiyası, əlavə simptomatik terapiyanın tətbiqi ilə ritm bərpa olunur; tutmalar zamanı xəstə (hemodinamikanın klinik-funksional göstəricilərin bərpa olunmasına qədər) yataq rejiminə məcbur qalır; ev şəraitində, kardioloji profilli stasionarda və ürək ritmi pozuntusunun kompleks müalicəsi üzrə ixtisaslaşmış (intensiv terapiya) şöbədə təcili tibbi yardımın alınması üçün tibb işçilərinə sistematik müraciətlər; - 81 100 %


- Ürək-damar sisteminin əhəmiyyətli təzahür edən pozuntuları –ürək ritminin əhəmiyyətli təzahür edən daimi pozuntuları: təzahür edən kateqoriyaya aid iki və daha çox forma pozuntusu olmaqla ürək ritminin mürəkkəb kombinə edilmiş pozuntuları; mədəciklərin fibrilyasiyası və titrəməsi; ürəyin qlobal funksiyasının, koronar qan dövranının və beyin hemodinamikasının əhəmiyyətli təzahür edən pozulması, o cümlədən bayılma halları – 81 – 100 %


- İşemiya dərəcəsi III-IV, yürümə zamanı, 50 m-dən az məsafədə ağrılar, sakit vəziyyət ağrıları ilə birlikdə, o cümlədən trofik pozuntular, iki tərəfli – 90-100 %


- Cərrahi müalicəyə əks göstərişlər oluğu halda aortanın laylandırıcı anevrizması, abdominal aortanın iri anevrizmaları və çanaq arteriyaların anevrizmaları zamanı xəstənin uzunmüddətli sabit vəziyyətdə olması hallarında – 70 -80 %


- Mitral, aortal, üçtaylı qapaqların və ağciyər arteriyası qapaqlarının revmatik xəstəlikləri – izolaedilmiş, müştərək, eyni dərəcəli və ya üstünlük təşkil edən stenozla və qapaq çatışmazlığı ilə, iltihabi aktivlik əlamətləri olmadan miokardit, endokardit və perikardit, qan dövranı funksiyasının əhəmiyyətli dərəcədə təzahür edən pozulması ilə: ürək ritminin və ürək atım göstəricilərinin əhəmiyyətli dərəcədə təzahür edən pozulması, təzahür edən arterial hipertenziya - III dərəcə, təzahür edən ağciyər hipertenziyası – III dərəcə, stenokardiya III və ya İV FS, XÜÇ III mərhələsi, FS IV olduğu halda – 81 – 100 %.

 

APA