Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 09:03:00
Dövlət qulluğunda bu sahələrə maraq azalıb

İmtahanda iştirak edənlərin nəticələrinin onların ixtisaslarının aid olduğu ixtisas (proqram) qrupları üzrə statistik göstəricilərini təqdim edirik:

AzEdu.az xəbər verir ki, inzibati icraçı vəzifələr (B növü) üzrə 30 iyun 2018-ci il tarixdə keçirilmiş dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş (DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1228 namizəddən 489 nəfər (39.8%) uğur əldə etmişdir. Aşağıda bu imtahanda iştirak edənlərin nəticələrinin onların aid olduğu ixtisas qrupları üzrə statistikasını təqdim edirik:

İxtisas qrupları üzrə məlumat

İxtisas qrupları  Qeydiyyatdan 
 keçənlərin sayı    
 Test imtahanında uğur 
 qazananların sayı
 Faizlə 
 (%)
Təhsil  113  48  42.5%
Humanitar və sosial  327  134  41%
Mədəniyyət və incəsənət      15  2  13.3%
İqtisadiyyat və idarəetmə  440  174  39.5%
Təbiət  96  43  44.8%
Texniki və texnoloji  160  53  33.1%
Kənd təsərrüfatı  32  13  40.6%
Səhiyyə, rifah və xidmət  45  22  48,9%
Yekun  1228  489  39.8%

Aşağıdakı cədvəldə imtahanda iştirak üçün qeydiyyatdan keçən namizədlərin sayının çoxluq təşkil etdiyi müvafiq ixtisas qruplarına aid   ixtisaslar haqqında məlumat verilmişdir.

İxtisas qrupları və ixtisas 
 
 Qeydiyyatdan 
 keçənlərin sayı    
 Test imtahanında uğur 
 qazananların sayı
 Faizlə 
 (%)
Təhsil – Azərbaycan dili və ədəbiyyat müəllimliyi      12  6  50%
Humanitar və sosial – Hüquqşünaslıq  67  28  41.8%
Mədəniyyət və incəsənət – Ədəbi yaradıcılıq 
və ekran dramaturgiyası
 3  1  33.3%
İqtisadiyyat və idarəetmə - İqtisadiyyat  63  30  47.6%
Təbiət - Ekologiya  20  10  50%
Texniki və texnoloji - İnformasiya texnologiyaları 
və sistemləri mühəndisliyi
 14  6  42.9%
Kənd təsərrüfatı - Baytarlıq  4  1  25%
Səhiyyə, rifah və xidmət - Sosial iş  17  11  64.7%

 

Qeyd:

İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1228 nəfər) üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq (440 nəfər - 35.8%) təşkil edir. Ən çox uğur qazananlar da bu ixtisaslar qrupunun payına düşür – 174 nəfər (14.2%).

Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisaslar qrupuna aid imtahanda iştirak edənlərin sayının (15 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1228 nəfər) nisbətdə təxminən 1.2% təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.