Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-11 13:24:00
Ali Attestasiya Komissiyası 5 elm sahəsi üzrə 7 nəfərə diplom və şəhadətnamələr təqdim edib  

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə almış iddiaçılara diplomlar və xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim edilib.

 

AAK-dan AzEdu.az-a bildirilib ki, karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə 5 elm sahəsi üzrə 7 nəfərə diplom və şəhadətnamələr təqdim edilib.

 

Tarix, filologiya və tibb elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya fəlsəfə doktoru diplomları, Rusiya Federasiyasında hüquq və Çin Xalq Respublikasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.