Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 11:12:00
Bu qədər şagird yerdəyişmə prosesində iştirak edib-BŞTİ

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16 040 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.

BŞTİ-dən AzEdu.az-a verilən məlumata əsasən, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb-valideyn əlaqələrinin bu proses çərçivəsində daha da təkmilləşdirilməsinə və valideylərin təhsil müəssisələri ilə təmasının daha rahat və şəffaf təşkilinə xidmət edir.