Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-04 16:37:00
Regionlarda metodik xidmətin mövcud vəziyyəti öyrənilir  

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.

İnstitutdan bildirilib ki, mayın 31-dən iyunun 4-dək Sabirabad, Saatlı, İmişli, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, Laçın, Ağdam, Bərdə, Tərtər və Naftalan üzrə metodik kabinetlərin əməkdaşları ilə görüşlər keçirilib. MDM-in əməkdaşları həmin rayon və şəhərlərdə 100-ə yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.

MDM-in nümayəndələri səfər zamanı Bərdə şəhərində təhsil şöbəsinin və metodik kabinetin əməkdaşları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.