Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 14:52:00
bp-dən möhtəşəm jest - Bu universitetdə ən müasir nəşriyyat mərkəzi yaradıldı

 

 

 

bp şirkəti Bakı Dövlət Universitetinə rəqəmsal texnologiyalara əsaslanan çap, poliqrafiya və nəşriyyat mərkəzi təqdim edib. Mərkəzdə quraşdırılan  avadanlıq Azərbaycanın ən qədim universitetinin təxminən 25000 tələbə və professor-müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin edəcək.

 

Bu münasibətlə  universitetdə müasir çap, poliqrafiya və nəşriyyat avadanlığı, kompüterlər, kondisioner və təhlükəsizlik sistemləri ilə təchiz olunmuş bu yeni mərkəzin rəsmi açılışına həsr olunan tədbir keçirilib.

 

bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında dedi:

 

“Bakı Dövlət Universitetinin indi müstəqil çap, poliqrafiya və nəşriyyat mərkəzi var və biz bu imkanı  yarada bilməyimizdən çox  məmnunuq. Mərkəzdə quraşdırılmış müasir rəqəmsal texnologiyalar universitetin bütün çap, poliqrafiya və nəşriyyat ehtiyaclarını təmin edəcək. Bu isə o deməkdir ki, universitetin  professor-müəllim heyəti və tələbələri öz elmi-tədqiqat işlərini, məqalələrini, ümumiyyətlə bütün elmi-yaradıcılıq fəaliyyətlərinin nəticələrini  öz universitetlərində nəşr etdirə biləcəklər və  kənar nəşriyyat xidmətlərinə müraciət etməyə daha ehtiyac qalmayacaq.  Düşünürük  ki, universitetin özünün belə bir müasir nəşriyyat mərkəzinin olması bu təhsil ocağında elmi-tədqiqat və yaradıcılıq fəaliyyətləri üçün yeni imkanlar açacaq.”

 

Mərkəz çap, poliqrafiya və nəşriyyat proseslərini tam həyata keçirə biləcək. Bunun  üçün bütün zəruri avadanlıqlar, o cümlədən müxtəlif maşınlar, printerlər, skanerlər, proqramlar və sistemlər  alınmış  və quraşdırılmışdır. Layihənin ümumi dəyəri təqribən 537000 manatdır. Onun icra müddəti isə bir ildir.

 

Qeyd edək ki, bp şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, bp öz tərəfdaşları ilə birlikdə ölkədə operatorluq etdiyi layihələrə 78,5 milyard dollardan artıq sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.



Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.



Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.



2020-ci ildə bp və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 milyon ABŞ dolları vəsait xərcləyib. Bundan əlavə, 2020-ci ildə təkcə bp ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib.



Azərbaycanda bp şirkətində 2400 nəfərdən çox milli kadr  işləyir və bu da, şirkətin ixtisaslı işçilərinin 90 faizini təşkil edir.