Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 13:12:00
Nazirlik: “Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ödənilməyəcək

“Yay məktəbi”ndə I sinifdən başlayaraq X sinifə qədər hər kəs iştirak edə bilər. Əgər qrupda az sayda uşaq olarsa paralel siniflərin birləşdirilməsi, optimallaşdırma aparılması nəzərdə tutulur. Bütün sinif müraciət edərsə, o zaman yarımqruplar şəklində təşkil olunacaq".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 

O qeyd edib ki, “Yay məktəbi”ndə tədris vahid proqram əsasında aparılmayacaq və şagirdlərin məktəbli formasında olması tələb edilməyəcək.

 

Nazirlik rəsmisi “Yay məktəbi”ndə dərs deyəcək müəllimlərə əlavə vəsait ödənilib-ödənilməyəcəyi məsələsinə də aydınlıq gətirib: “İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Ona görə də onlara əlavə ödəniş nəzərdə tutulmur. Müəyyən rəğbətləndirmə tədbirləri ola bilər”.(Report)