Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 11:36:00
Riyaziyyat və fizika fənləri üzrə olimpiadaların final turu keçirilir  

İyunun 1-də riyaziyyat və fizika fənləri üzrə olimpiadaların respublika mərhələsinin final turu keçirilir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, riyaziyyat fənni üzrə 73, fizika fənni üzrə isə 72 şagird final turunda iştirak edir.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

Xatırladaq ki, olimpiada “Kapital Bank”ın sponsorluğu keçirilir.