Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 13:50:00
Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” sorğusunda gərgin rəqabət – SON TARİX

AzEdu.az təhsil portalının “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” adlı sorğusu davam edir.

Bu dəqiqəyə olan göstəricilərə görə, ilk beşlikdə 26,6% səslə UNEC, 21% səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti, 12% səslə Bakı Dövlət Universiteti, 8,66% səslə Azərbaycan Dillər Universiteti, 7% səslə Azərbaycan Texniki Universiteti yer alıb.

Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycanda verdiyi təhsilə görə xüsusilə fərqlənən Xəzər Universiteti 0,68% səslə sonuncu yerdə qərarlaşıb. Keyfiyyətli  tədrisinə görə fərqlənən bir neçə dövlət universiteti  isə ümumiyyətlə ilk onluğa daxil ola bilməyib.

Tələbələri, müəllimləri və özünü təhsilin  bir parçası olaraq görən hər kəsi sorğuda iştirak etməyə və aktiv olmağa səsləyirik.  Sorğu 31 iyul saat  00:00-a qədər davam edəcək.

Qeyd edək ki, sorğuda ilk  üçlükdə yer alan ali təhsil müəssisələri AzEdu.az-ındiplom və rəmzi hədiyyəsi ilə mükafatlandırılacaqlar.

 

 

 

 

                                                                                    

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları