Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-28 10:44:00
AzTU-da  28 May - Respublika Günü münasibətilə tədbir keçirilib-FOTO

Mayın 27-də Azərbaycan Texniki Universitetində (AzTU) 28 May-Respublika Günü münasibətilə onlayn tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak edib.

 

AzTU – nun tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov tədbiri açıq elan edərək xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib və universitetin rektoru, professor Viyalət Vəliyevin iştirakçılara təbrikini çatdırıb. O, bu günün önəmini diqqətə çatdıraraq, uzun illər Çar Rusiyasının əsarətində qalan, məhrumiyyətlər yaşayan Azərbaycan xalqının, nəhayət, 1918-ci ildə qazandığı müstəqilliyinin çətinliklərlə başa gəldiyini vurğulayıb. Prorektor təməli möhkəm qurulan müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verdiyini, bu tarixi hadisənin xalqımızın taleyində müstəsna rol oynadığını qeyd edib. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

 

Tədbirdə  iştirak  edən  universitetin professoru Şikar Qasımov 1918-ci il  mayın 28-də yaranan Azərbaycan  Xalq  Cümhuriyyətinin tarixindən, həmin  dövrün  görkəmli  şəxsiyyətlərinin  fəaliyyətindən  danışıb. Bildirib ki, ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət dövlət müstəqilliyimizin gündən-günə möhkəmləndiyinin əyani sübutudur.

 

Tələbə-rektor Əli Abdullazadə, tələbələr - Jalə Nağıyeva və Bəhruz Fətəliyevin çıxışları maraqla dinlənilib. Qeyd olunub ki, bugünkü  gənclik müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi yolunda üzərlərinə düşən məsuliyyəti tam dərk edir.

 

Tədbir universitetin tələbələrinin hazırladığı kompozisiya ilə davam edib və  sonda bir qrup fəal tələbə fəxri fərmanla təltif olunub.