Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-28 10:15:00
ADNSU ilə Ukrayna Elm və Texnologiya Mərkəzi arasında əməkdaşlıq genişlənir  

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) arasında ixracata nəzarət üzrə magistr proqramının həyata keçirilməsi çərçivəsində ilk onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun rektoru, Professor Mustafa Babanlı və universitetin nümayəndə heyəti, eləcə də Dr. Maria Espona (GUAM ölkələrində UETM Hədəfli Təşəbbüsünün və ikili istifadə materialları və qeyri-maddi texnologiyalar üzrə Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) silahları İxracat Nəzarəti Layihə Meneceri) və UETM-in Azərbaycan üzrə rəsmisi Dr. Quam Babayev ADNSU-da İxracata Nəzarət üzrə yeni magistr kursu proqramının başlanmasına dair məsələləri və prosedurları müzakirə ediblər.Görüşdə həmçinin tədris prosesindəki prosedurlar, eləcə də tələbələrin sertifikatlaşdırılması, icazə verilməsi, tələbə qəbulu kimi məsələlərin gələcək görüşlərdə müzakirəsi planlaşdırılıb.

 

Görüş iştirakçıları proqramın başlanğıc və əsas modullardan və seminarlardan ibarət  bir neçə moduldan təşkil olunması barədə razılığa gəliblər. Bundan əlavə, magistr kursuna  Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) silahları haqqında əsas anlayışlar, ikili istifadə materialları, beynəlxalq müqavilələr, tənzimləyici çərçivələri, elm və texnologiya transferləri, təhdidlər və risklərin qiymətləndirilməsi ilə bağlı əsas biliklər də daxil olmaqla strateji ticarət nəzarəti, milli və beynəlxalq ticarət nəzarəti sistemləri kimi sahələri əhatə edir.   

 

Qeyd edək ki, Magistr kursu Avropa Birliyi tərəfindən maliyyələşdirilən UETM çərçivəsində hazırlanıb və universiteti bitirən məzunlar KBRN təhlükəsi barədə məlumatlılığın artırılması kimi mövzularda mütəxəssis olacaq və kütləvi qırğın silahlarının yayılması ilə mübarizənin əsas hədəfinə çatmağa kömək edərək milli ixrac nəzarəti sistemlərinin inkişafına töhfə verəcəklər.