Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-26 12:56:00
Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək  

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a  bildirilib ki, bu tutulma tam Ay tutulması olacaqdır. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, Ay tutulması saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq.

 

Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.