Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 17:15:00
Türk milyoner Nişataşı Universitetində akademiya AÇDI

 

Türkiyənin  ən  məşhur  TV  rəhbərlərindən  olan  iş  adamı  Acun  Ilıcalı təhsil  sahəsində  yeni bir layihəyə  imza atdı.

 

Nişantaşı Universiteti  ilə  əməkdaşlıq  edən Acunmedya, "Xəyalın işin olsun"  şüarı  ilə  universitetin tərkibində  akademiya  təsis  etdi. Verilən məlumata görə, akademiyada  məşhur  televiziya aparıcıları, aşpazlar  və  rəqəmsal  dünyanın  peşəkarları  dərs  deyəcək.

 

AzEdu.az xəbər verir ki, televiziya, qastronomiya və rəqəmsal sahələrdə təhsil verəcək Acunmedya Akademiyası, hər hansı bir ixtisas  üzrə  təhsili olub-olmamasından asılı  olmayaraq bütün iştirakçıları  seçdikləri  sahəyə  peşəkar  kadr  olaraq  hazırlamağı hədəfləyir. Məlumata görə, Acunmedya Akademiyası əsasən,  praktik təlim yolu ilə fəaliyyət  göstərəcək.

 

Acunmedya  Akademiyasında  şöbələr  və  dərslər:

Televiziya şöbəsi

  • Qabaqcıl Televiziya  Təhsili 

 

Qastronomiya  şöbəsi

  • Peşəkar aşpaz hazırlığı
  • Peşəkar şirniyyatçılıq və  çörəkçilik  təhsili
  • Prochef təhsili

Rəqəmsal  şöbə

  • Rəqəmsal Məzmun və Nəşriyyat Təlimi
  • Sosial Media Reklam Təlimi
  • Google Reklam Təlimi
  • CRM və Salesforce Təlimi

 

Acunmedya Akademiyası, layihə çərçivəsində təlimlərə qatılanlara ölkədaxili  və ölkəxarici  təcrübələr, iş  imkanları, müvafiq  şöbələrin  nüfuzlu  nümayəndələri  ilə  sıx  əlaqələr  kimi "imtiyazlar" vəd edir.  Təhsil uğurla başa vuran  şəxslərə  Acunmedya Akademiyası Diplomu  veriləcək. Bu diplom  Nişantaşı Universiteti tərəfindən təsdiqlənib, həm  Türkiyə, həm  də  dünya  üzərində  keçərli  hesab  ediləcək.

 

Acunmedya Akademiyası  ilə  bağlı  təəssüratlarını  bölüşən  Acun  Ilıcalı  xəyapərəslərin  öz  xəyallarının ardınca  getməsi  üçün  bu  akademiyanın  təsis  edildiyini  bildirib:

 

“Çox  sevdiyim  və  doğruluğuna  inandığım  bir  söz  var: Dünyanı  istiqamət  verən  xəyapərəstlərdir.Dostlar, xəyallarınızın  ardınca  getməkdən  əsla  geri  çəkilməyin. Çox  istəyin, çox  çalışın, imkanları  dəyələndirin, uğur  özü  sizi  tapacaq.Mən  elə  etdim. İndi  siz  xəyalpərəstlərin  də  xəyallarının  ardınca  gedə  bilməsi  üçün  Nişantaşı  Universiteti  ilə  birlikdə  çox  uğurlu  bir  platforma  olacağına  inandığımız  Acunmedya  Akademiyanı  yaratmağa  qərara  verdik. Xeyirli olsun”