Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 17:39:00
Dövlət orqanlarında 177 vakant vəzifə üzrə müsahibə elan olunub  

Mayın 24-də mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 22 dövlət orqanında 177 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə,  müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib.

 

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər iyunun 22-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.

 

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

 

Müsahibədə iştirak üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

 

İştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

 

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə üç iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

 

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

 

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

 

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

 

-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

-vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (35) və Dövlət Statistika Komitəsi (20) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (35 vəzifə) – AC4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 10, BB3 altqrupu üzrə 10, BB4 altqrupu üzrə 13 vəzifə;

2. Dövlət Statistika Komitəsi (20 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 7, BB4 altqrupu üzrə 9 vəzifə;

3. Şəki Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 18 vəzifə;

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (15 vəzifə) – AB4 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 7, BB2 altqrupu üzrə 3 vəzifə, BB4 altqrupu üzrə 4 vəzifə;

5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (11 vəzifə) – AC4 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 9 vəzifə;

6. Gəncə Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 9 vəzifə;

7. Lənkəran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 9 vəzifə;

8. Gəncə Şəhər Nizami Rayon Məhkəməsində BB4 altqrupu üzrə 7 vəzifə;

9. Bakı Şəhər Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə;

10. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə;

11. Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə;

12. Ağcabədi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə;

13. Şirvan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə;

14. Gəncə Kommersiya Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə;

15. Mingəçevir Şəhər Məhkəməsi (4 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 3 vəzifə;

16. Şirvan Kommersiya Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə;

17. Maliyyə Nazirliyi (3 vəzifə) – BA4 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 2 vəzifə;

18. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vəzifə) – BA4 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 2 vəzifə;

19. Bakı Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 2 vəzifə;

20. Sumqayıt İnzibati Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;

21. Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;

22. Milli Televiziya və Radio Şurası (2 vəzifə) – AB1 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1 vəzifə.

Ümumilikdə müsahibəyə çıxarılmış 177 vakant vəzifənin 2-si AB, 2-si AC, 44-ü BA, 129-u isə BB vəzifə qrupuna aiddir.