Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-23 13:02:00
“Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının yeni nömrəsi hazırlanır  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı unikal elmi-metodik vəsaitdir. O öz səhifələrində məktəbəqədər və ibtidai təhsil sahəsində elmi-nəzəri məqalələrin, müasir dövrün tələblərini özündə birləşdirən milli və xarici təcrübəni praktik və nəzəri baxımdan meydana çıxaran araşdırma materiallarının nəşrini həyata keçirir.

 

Jurnalda təlimin məzmununu, tərbiyəçi və müəllimlərin, psixoloq və defektoloqların pedaqoji təcrübəsini ümumiləşdirən yazılara yer verilir. Müasir təlim texnologiyalarının, pedaqoji innovasiyaların təbliği, ailə-məktəb, müəllim-şagird, tərbiyəçi-uşaq münasibətlərinin pedaqoji-psixoloji aspektlərini əks etdirən yazıların dərci jurnalda daim diqqət mərkəzində saxlanılır. Məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc olunur.

 

Müəlliflərin şəxsi maraqlarını əks etdirən, elmi-metodik nəticəsi olmayan məqalələr qəbul edilmir. Jurnal “Pedaqogika”, “Metodika”, “Pedaqoji psixologiya”, “Defektologiya”, “Xarici təcrübə”, “Təhsil tariximiz”, “Yeni nəşrlər”, “Ailə və məktəb” bölmələrindən ibarətdir.

 

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasındadır.