Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 13:20:00
UNEC qəhrəmanları: Vətən müharibəsi qazisi Ağəli Quliyev

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və THİK fəalları Vətən müharibəsinin qazisi, UNEC tələbəsi Ağəli Quliyevlə görüşüblər.

 

AzEdu.az xəbər verir ki, Vətən müharibəsi başlayan gündən çəbhəyə yollanan Ağaəli Quliyev Tərtər, Suqovuşan, Ağdərə istiqamətlərində gedən döyüşlərdə həmlə taborunda tuşlayıcı vəzifəsində döyüşüb. Oktyabr ayının 21-də gərgin döyüşlərdə Ağəli baş, qol və ayaq nahiyəsindən yaralanır və 6 gün komada qalır. Ağır yaralandığı üçün ordudan tərxis olunan A.Quliyev II qrup Qarabag əlilidir. Qazimiz hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Suqovuşanın azad olunması” medalı ilə təltif edilib.

 

UNEC THİK sədri Rüfət Süleymanlı qazi ilə görüşdə ona UNEC-in Fəxri fərmanını təqdim edib.