Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 12:42:00
“Şəbəkə universitet,fakultə və ixtisasların yaradılmasına ehtiyac  var”–Ədalət Muradov

 

“Potensiallı yerli gənclərin xarici universitetlərdə distant təhsilə kütləvi cəlb edilməsi ehtimalı milli ali təhsil sistemini çox ciddi və əvvəllər müşahidə olunmamış çağırışlarla üz-üzə qoyur”.

 

AzEdu.az  xəbər verir ki, bunu  Azərbaycan Dövlət İqtisad  Universitetinin  rektoru  Ədalət  Muradov  deyib.

 

Rektor  yerli  universitetlərin  rəqabət  qabiliyyətinin  artırılması  məsələsinə  diqqət  çəkib:

 

“Bu  problemin həlli yollarından biri ali təhsil sistemini bir-biri ilə zəif əməkdaşlıq edən universitetlər toplumundan şəbəkə universitetlərinə transformasiya etməkdir:Başqa sözlə, şəbəkə universitetlərinin, hətta şəbəkə fakültələrinin və şəbəkə ixtisaslarının yaradılması çıxış yollarından biri kimi görünür . Bu həm də keyfiyyətli təhsilə aparan yolun qısaldılması kimi qiymətləndirilə bilər. Belə ki, işlədiyi universitetdən ( istər xarici, istər yerli universitet olsun), yaşadığı yerdən (istər Azərbaycan, istər xarici ölkə olsun) asılı olmayaraq yüksək potensiallı müəllimləri cəlb etməklə mövcud potensialı artırmaq, ölkəmizdə müasir tələblərə cavab verən mütəxəssis hazırlığına əhəmiyyətli dərəcədə və qısa vaxtda ciddi töhfə verməklə yerli universitetlərin rəqabət qabiliyyətini artırmaq mümkündür”.

 

O,-“Distant  təhsilə keçid həm də yerli və xarici universitetlər arasında rəqabəti gücləndirdi. Çox ehtimal ki, bu proses gələcəkdə daha da sürətlənəcək”-deyə  qeyd  edib.