Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-20 17:18:00
TKTA AzTU əməkdaşları üçün onlayn təlimlərə başlayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün onlayn təlimlərə start verib. 

 

AzEdu.az xəbər verir ki, təlimlər agentliklə universitet arasında imzalanmış təlim xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən təşkil olunub. Mayın 19-dan başlayan təlimlər bir ay müddətində davam edəcək. Təlimlər Strateji İdarəetmədə Keyfiyyət Təminatı, Daxili Keyfiyyət Təminatı və Xarici Keyfiyyət Təminatı başlıqları altında müxtəliflər mövzularda keçiriləcək.

 

Təlimçi beynəlxalq təcrübəyə malik mütəxəssis, TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovdur.