Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-19 16:27:00
Azərbaycanlı tələbə:"Şuşada fəaliyyət göstərəcək məktəbdə fizika fənnini tədris etmək arzusundayam"  

İngilis dilində fizika ixtisası üzrə təhsil alan II kurs tələbəsi Rayaxanım Ağazadə Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında uğurla iştirak edib.

 

AzEdu.az xəbər verir ki, proqramın məzunu kimi Rayaxanım Ağazadə Azərbaycan Televiziyasının (AzTV) “GəncSən” verilişində çıxış edib. O, məzunu olduğu proqramın, keçirilən tədbir və görüşlərin gənclər üçün əhəmiyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə və ölkənin inkişaf strategiyasının həyata keçirilməsinə verdiyi töhfələr barədə geniş məlumat verib, proqram çərçivəsində əldə etdiyi bilik və təcrübəsini bölüşüb. Eyni zamanda, universitetdən məzun olduqdan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək orta məktəblərdən birində fizika müəllimi kimi bu fənni tədris etmək arzusunuda olduğunu bildirib.

 

Qeyd edək ki, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına dəstək verməkdir. Proqram Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə həyata keçirilir. Gənc liderlər proqramının iştirakçıları ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünyagörüşləri və hadisələrə baxışları, həmçinin ünsiyyət, əlaqə qurmaq bacarıqları, komanda ilə müstəqil işləmək təcrübəsi kimi meyarlara sahib olan potensiallı gənclərdir.(Azərtac)