Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 16:03:00
Hibrit və distant formaya keçid tədrisin keyfiyyətinə mənfi təsir edir-İlqar Orucov

“Ənənəvi tədrisdə hibrit və distant formaya keçid təhsilin keyfiyyətinə mənfi təsir edir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 

 

Belə ki, 17 maydan etibarən ənənəvi tədris qismən bərpa edilir. Lakin son bir ildə tədris müxtəlif formalarla üzləşmiş, bu da öz növbəsində onun keyfiyyətinə təsir edib:

 

 

“Sabahdan ənənəvi tədris qismən də olsa, bərpa edilir. Bu son dövrlər ərzində yoluxmada baş verən azalma tendensiyası ilə bağlıdır. Ona görə də qərarı düzgün hesab etmək olar. Lakin bu qərar tədrisin nə zamana kimi davam etməsi fikrini meydana gətirir. Hazırda mövcud olan vəziyyət situasiyadan aslı olduğu üçün onu praqnozlaşdırmaq çətindi. Ümid edirik ki, yoluxma azalacaq və şagirdlər tam formada ənənəvi tədrisə qayıdacaqlar. Bir mənalı olaraq ənənəvi tədrisdə hibrit və distant formaya keçid tədrisin keyfiyyətinə mənfi təsir edir. Bu, xüsusi olaraq orta məktəb bazasında daha qabarıq şəkildə özünü göstərir. Məsələ başa düşüləndir ki, insanların sağlamlığı daha vacibdir. Nəzərə alsaq ki, tədris ilinin sonuna bir ay qalıb və yoluxma sayı da aşağı düşüb, o zaman hər şey yaxşı olacaq. İnşallah ki, vəziyyət bu şəkildə davam edər. Situasiyadan aslı olaraq analoji qərar qəbul ediləcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları