Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 15:51:00
Nazirin canlı yayımda toxunduğu vacib məqamlar-ƏSAS QƏRARLAR

8 mayda Təhsil naziri Emin Əmrulllayev şəxsi “Facebook” səhifəsində canlı yayım edərək, vacib məsələlərə aydınlıq gətirib.

 

 

AzEdu.az onları təqdim edir:

 

 

Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək:

 

 

“İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq, yarım il qiymətinin çıxarılması planlaşdırılır".

 

 

Bunu Təhsil naziri Emin Əmrullayev canlı yayım zamanı deyib.

 

 

“Hər il üç faizə yaxın tələbə universitetlərdən xaric olunur"

 

 

"Hər il Azərbaycanda üç faizə yaxın tələbə müxtəlif səbəblərdən universitetlərdən xaric olunur. Pandemiya dövründə də bu rəqəmdə ciddi dəyişiklik baş verməyib".

 

 

Bu fikirləri Təhsil  naziri canlı yayımda sualları cavablandırarkən söyləyib.

 

 

"Yayda sertifikatlaşdırmanın aparılması planlaşdırılmır"

 

 

“Sertifikatlaşdırmanın bu il ərzində hansısa qrup üzrə keçirilməsinə ümid edirik. Bu, ilin sonuna qədər, yəni payız aylarında mümkün ola bilər. Pandemiya ilə əlaqəli bu işi yaxın aylarda keçirə bilmərik”. 

 

 

Bunu Təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

 

Direktorların işə qəbulu bu tarixdə keçiriləcək:

 

 

“Direktorların işə qəbulu üzrə müsahibələrin may-sentyabr aylarında keçirilməsi planlaşdırılır".

 

 

Emin Əmrullayev qeyd edib ki, yeni tədris ilinə kimi prosesin yekunlaşdırılması nəzərdə tutulub.

 

 

Azərbaycanda vaksinasiya olunan müəllimlərin sayı açıqlanıb:

 

 

“Bu günə qədər ölkədə 57 minə yaxın müəllim ən azı vaksinin bir dozasını vurdurub. Bu da ölkə üzrə müəllimlərin 60-64%-nin peyvənd olunması deməkdir”.

 

 

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.

 

 

 

“X-XI sinif şagirdləri dərslərini hələ də distant formada davam etdirəcəklər"

 

 

“Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

 

 

 

Bunu  Təhsil naziri Emin Əmrullayev “Facebook” canlı yayımında vurğulayıb.

 

 

Təhsil naziri məktəblərin açılması qərarının indi verilməsinə aydınlıq gətirib:

 

 

“Mayın ilk günlərində ibtidailərin tətili var idi. Sonra da Ramazan bayramı ilə əlaqədar uzunmüddətli qeyri-iş günləri olacaq. Ona görə də ən uğurlu müddət mayın 17-dən sonra idi”.

 

 

Bunu  Təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

 

Müəllimlərin işə qəbulu imtahanının məzmununda dəyişiklik ediləcək:

 

 

“Məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq, imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir".

 

 

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.

 

 

Emin Əmrullayev: "Növbəti illərdə şagirdlərin sayı azalacaq"

 

 

“Şagirdlərin sayı da vakant yerlərə təsir edə bilər. Son illərdə şagird sayında artım müşahidə edilirdi. Amma növbəti illərdə azalma olacaq. Uşaqların sayının azalması şagird sıxlığına, yeni siniflərin açılmasına təsir edəcək. Müəllimlərin iş yerlərində saxlanılması və ixtisar edilməməsi əsas prioritetdir".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları