Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 10:48:00
Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçiriləcək  

Mayın 25-də VI məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə ölkə üzrə 33 mərkəzdə təşkil olunacaq. Ümumilikdə 4 min 624 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin təkili və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.