Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 12:10:00
Azərbaycanda vaksinasiyanın yeni mərhələsi ELAN OLUNDU  

Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi başlayır.

 

AzEdu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

 

Onun sözlərinə görə, ölkəmizdə koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsi mayın 10-dan başlanır.



Belə ki, 18 yaşı tamam olmuş şəxslər də vaksinasiyaya qoşula biləcəklər.



Teymur Musayev  18 yaşı tamam olmuş şəxsləri kütləvi şəkildə peyvənd olunmağa çağırıb.