Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-12 13:10:00
Tanınmış jurnalistin oğlu İsveçin ən qədim universitetində oxuyacaq - FOTO

“Oğlum Uğur bu il İsveçin Lund Universitetinə daxil olub”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı jurnalist Vahid Qazi deyib. O sevincini bu sözlərlə ifadə edib:

“1666-cı ildə qurulan Lund universiteti Avropanın ən qədim təhsil ocaqlarındandır. Ötən il qızım Nərgiz bu universitetin Logistik, Servis, Menegment fakültəsinə qəbul olunmuşdu. Bu il Uğur eyni universitetin Menegment, Turizm, Hotelçilik fakültəsinə daxil olub”.

Qeyd edək ki, Lund Universiteti İsveç krallığının Skandinaviya əyalətində, Lund şəhərində yerləşən və Şimali Avropanın ən nüfuzlu ali təhsil ocaqlarından biridir. 1666-cı ildə İsveç Krallığı tərəfindən yaradılıb. Lund Universitetinin tələbələri şəhər əhalisinin böyük hissəsini təşkil edir. Ali məktəbin əsas inzibati hissəsi Lundun mərkəzindədir. İnzibati bina 1882-ci ildə memar Helgo Zettervall tərəfindən inşa edilib. Lund Universiteti 275 təhsil proqramı, 2000-dən çox xüsusi fənn kursları, ingilis dilində 80 magistr proqramı, 500 xüsusi fənn kursu təklif edən 7 fakültə və 2 məktəbdən ibarətdir. Eyni zamanda ali təhsil müəssisəsinin çoxlu sayda institut və elmi-tədqiqat mərkəzləri mövcuddur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları