Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 15:18:00
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində yeni veriliş hazırlanıb  

Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində “UNICEF Azerbaijan”ın maliyyə dəstəyi ilə uşaqlar üçün yeni veriliş hazırlanıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, müəllif nağılları əsasında hazırlanmış “Nağıl bağı” verilişində uşaqlar sehrli nağıllar aləminə səyahət edəcək və maraqlı personajlarla tanış olacaqlar.

 

Verilişlər “Mədəniyyət TV” və "ARB Günəş" kanallarında yayımlanır. Eləcə də tamaşaçılar verilişləri layihənin yutub kanalında izləyə bilərlər.

 

Qeyd edək ki, “Nağıl bağı” “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində son 3 ayda uşaqlar üçün hazırlanan ikinci verilişdir. Mart ayından etibarən hər həftə məktəbəqədər yaşlı uşaqlar üçün əyləncəli və maarifləndirici “Nazlı və dostları” verilişi “Mədəniyyət TV” kanalında və layihənin yutub kanalında yayımlanır.