Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 09:57:00
G7 ölkələri qızların məktəb təhsilinə 15 milyard dollar ayıracaq

Yeddilər qrupu" (G7) ölkələri inkişaf etməkdə olan ölkələrdə qadınların məktəb təhsilini dəstəkləmək üçün yaxın iki ildə 15 milyard dollar xərcləməyi planlaşdırırlar.


Trend
-in məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib.


G7 üzvü olan ölkələr ayrılmış maliyyə vəsaitləri sayəsində az gəlirli ölkələrdə yaşayan 40 milyondan çox qızların 2026-cı ilədək məktəbə getməsinə imkan əldə olunacağına və bu ölkələrdən 20 milyon 10 yaşına qədər qızların oxumağa öyrənəcəyini ümid edirlər.


15 milyard dolların G7 ölkələri tərəfindən 2018-ci ildə başlanılan inkişaf maliyyə qurumları arasında əməkdaşlağı - 2X Challenge mexanizmi çərçivəsində paylanacağı gözlənilir.