Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-01 14:42:00
“Vətəndaş saatı”nda birinci sinfə şagird qəbulu ilə bağlı suallar cavablandırılacaq

Mayın 3-ü saat 16:00-da Təhsil Nazirliyinin yeni layihəsi olan “Vətəndaş saatı”nın növbəti buraxılışı yayımlanacaq.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müraciət və sualların çoxluğunu nəzərə alaraq, bu dəfə də birinci sinfə şagird qəbulu ilə bağlı suallar cavablandırılacaq. “Vətəndaş saatı”nı nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı izləmək olar. Canlı yayımda vətəndaşların qeyd edilən mövzuda ən çox müraciət etdikləri suallara aydınlıq gətiriləcək.