Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 17:00:26
Bu universitet yaşlı müəllimlərin yerinə işçi AXTARIR

“ADPU-da 32 kafedrada çıxarılan vakant yerlər üzrə müsabiqəyə 387 nəfər buraxılıb”

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasında tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov deyib. O kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri haqqında da məlumat verib:

“Müsabiqəyə səkkiz fakültədə 32 kafedra üzrə 124 vakant yer çıxarılıb. Universitet üzrə 403 nəfərin sənədi qəbul edilib. Nəticədə 387 nəfər müsabiqəyə buraxılıb”.

İclasda həmçinin yaz imtahan sessiyasının yekunları haqda da danışılıb:

“Apellyasiya komissiyasına 1700 tələbə müraciət edib. Onlardan 1027 nəfərin imtahan nəticələrinə baxılıb və qiymət qüvvəsində saxlanılıb, 673 nəfərin isə imtahan qiymətləri qaldırılıb”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları