Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-28 15:00:00
BŞTİ əməkdaşları təltif olunub - FOTO  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları təltif olunub.

 

AzEdu.az xəbər verir  ki, BŞTİ-nin əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva döş nişanlarını təqdim edib və təbriklərini çatdırıb. Hər bir əməkdaşın fəaliyyətini yüksək qiymətləndirdiyini deyən İdarə müdiri bundan sonrakı işlərində də onlara uğurlar arzulayıb.

 

BŞTİ-nin əməkdaşları onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.