Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-28 09:36:00
Texniki Universitetin professorunun məruzələri Ukrayna və Belarusda sertifikata layiq görülüb  

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurovun məqalələri Ukrayna və Belarusda sertifikata layiq görülüb.

AzTU-dan  bildirilib ki, 2020-ci ilin oktyabr ayında Xarkov Milli Radioelektronika Universitetinin bazasında onlayn keçirilən “İnfokommunikasiyanın problemləri. Elm və texnologiya (PICS & T′ 2020)” adlı beynəlxalq konfransda Tofiq Mansurovun iki məruzəsi sertifikata layiq görülüb. Elə həmin ayda Belarus Dövlət Rabitə Akademiyasında onlayn təşkil olunan “Müasir rabitə sistemləri” adlı XXV beynəlxalq elmi-texniki konfransın plenar iclasında AzTU professorunun daha bir məruzəsi də sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, Xarkov Milli Radioelektronika Universitetinin bazasında keçirilən beynəlxalq konfransın materialları IEEE “Xplore”, “Scopus”, “Web of Science” və başqa beynəlxalq elmi bazalarda indeksləşdirilib.