Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 14:50:52
Təfəkkür Universitetində dövlət imtahanı olacaq - “Oğlan tələbələr narahat olmasınlar”

“Yaxın günlərdə Təfəkkür Universitetində dövlət imtahanı keçiriləcək”.

Bu sözləri AzEdu.az-a Təfəkkür Universitetindən adını çəməık istəməyən əməkdaşı deyib.

O bildirib ki, tələbələrin xüsusilə də oğlanların narahat olmasına heç bir əsas yoxdur:

“Yaxın günlərdə dövlət imtahanını keçirməyə hazırlaşırıq. Universitetin fəaliyyətini dayandırmasıyla bağlı da heç bir yenilik yoxdur. Biz hazırda qanuni şəkildə işimizi davam etdiririk”.

Qeyd edək ki, Təfəkkür Universitetində təhsil alan 4-cü kurs tələbələri yekun dövlət imtahanlarının keçirilməsinin yubadılması ilə bağlı sosial şəbəkələrdə narazılıq ediblər. Oğlanların həqiqi hərbi xidmətə çağırışı vaxtının yaxınlaşması narazılığın əsas səbəblərindən biridir.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları