Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 14:14:00
DİM-də TOEFL iBT və GRE beynəlxalq imtahanları keçirilib  

2021-ci il aprelin 23-də DİM-də TOEFL iBT imtahanı keçirilib. İmtahanda 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

AzEdu.az xəbər verir ki, növbəti TOEFL iBT imtahanının mayın 15-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/

 

GRE imtahanı isə aprelin 24-də təşkil olunub. İmtahanda 1 nəfər iştirak edib. İmtahan nəticələri ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənilə bilər.

 

Növbəti GRE imtahanının aprelin 29-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/GRE/