Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-25 11:44:00
Yevlaxda məktəbliləri avtomobil vurdu: Ölən və yaralanan var

Yevlax şəhərində iki piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az  xəbər verir ki, "VAZ-21015" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.

 

Ağır xəsarətlər alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.

 

Lakin onlardan biri, Yevlax rayon sakini, 2009-cu il təvəllüdlü Şahverdili Zəhra Elbrus qızının hayatını xilas etmək mümkün olmayıb. Digər məktəblinin müalicəsi davam etdirilir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.