Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-24 16:30:00
Şagirdlər fizika, kimya və biologiyadan imtahan verəcəklər

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 27-də VII siniflər fizika, kimya və biologiya fənləri üzrə imtahan verəcəklər.
Müsabiqədə iştirak üçün 8000-ə yaxın şagird qeydiyyatdan keçib. Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, aprelin 26-da isə VI siniflər riyaziyyat və informatikadan imtahan verəcəklər.