Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 15:28:00
“Texnoloji  inqilaba  qoşulmaq  üçün  elementar  problemləri  həll  etməliyik”-Rektor Elmar Qasımov

 

 

“Artıq  ali  təhsil  üzrə  Qərb  ekspertləri  pandemiyanın  ali  təhsilə  texnoloji  inqilab  gətirdiyini  qeyd  edirlər. Bəs  biz  Azərbaycan  universitetləri  olaraq  bu  texnoloji  inqilaba  hansı  səviyyədə  hazırıq?”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Bakı  Ali  Neft  Məktəbinin  təşkilatçılığı  ilə keçirilən Post-COVİD  müddətində  Ali  təhsil  və  Tədqiqat” mövzusunda  seminarda  universitetin rektoru  Elmar  Qasımov  qeyd  edib.

 

O  bildirib  ki, bu  texnoloji  inqilaba  qoşulmaq  üçün  ilk  növbədə  elementar  problemləri  həll  etməliyik:

 

“Bu  elementar  problemlərə  internetin  sürəti, internetdən  istifadə  zamanı bərabərsizliyin  aradan  qaldırılması, həm  müəllim, həm  tələbə, həm  də  şagirdlərimizin  hamısının  kompüterlərlə  təmin  edilməsi, müəllim  və  mütəxəssislərimizin  onlayn  dərslərin  keçirilmə  xüsusiyyətlərinin  öyrənilməsi  üçün  təlimlərə  cəlb  edilməsi, tələbə  və  müəllim  üçün  psixoloji  xidmətlərin  təşkil  edilməsi  və s.  daxildir”.