Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 10:40:00
Qəbul imtahanı həyəcanı - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün V ixtisas qrupu üzrə və kolleclərə qəbul, eləcə də eksternat qaydasında buraxılış imtahanları keçirilir. 

AzEdu.az xəbər verir ki, 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunan imtahanda ümumilikdə 26014 nəfər iştirak edir.

Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunlarının, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunlarının, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif , 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

 İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.

Foto: İsmət PAŞA