Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 09:34:00
Psixologiya üzrə fərqli kadrlar yetişdirən universitetlərimiz – Hamını heyrətləndirəcək keçid balları  

Xəbər verdiyimiz kimi  “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərdən biri də məktəblərdə psixoloq kimi çalışanlara tətbiq olunan qaydaları sərtləşdirmək və peşəkar kadrları orta təhsil müəssisələrinə cəlb etməkdən  ibarətdir. Hazırda hər məktəbdə psixoloqlar çalışsa da, onların fəaliyyəti o qədər də ürəkaçan deyil. Mütəxəssislər hesab edir ki, bu problem ali təhsil müəssisələrinin peşəkar kadrlar hazırlamamasından qaynaqlanır.

Ümumiyyətlə, Azərbaycanda hansı ali təhsil müəssisələrində psixoloq kadrlar hazırlanır?

AzEdu.az xəbər verir ki,  məktəblərdə psixoloq olaraq çalışmaq üçün III ixtisas qrupu üzrə təhsildə Sosial-psixoloji xidmət fakültəsinə daxil olmaq tələb olunur. Bu fakültənin keçid balı isə fakültənin mövcud olduğu universitetlər üzrə dəyişir.

Beləliklə, ixtisasın müxtəlif ali məktəblər üzrə  keçid balı: (son göstəricilər nəzərə alınıb)

 

Bakı Dövlət Universiteti -  492 bal (əyani təhsil üzrə);

Azərbaycan Dövlət Pedoqoji Universiteti – 333 bal ( əyani təhsil üzrə, ödənişli əsaslarla); ödənişsiz əsaslarla isə keçid balı 473-dür;

Bakı Slavyan Universiteti – 370 bal  (əyani təhsil üzrə, ödənişli əsaslarla) ; ödənişsiz əsaslarla isə minimum keçid balı  478-dür;

Sumqayıt Dövlət Universiteti-313 bal ( əyani təhsil üzrə, ödənişli əsaslarla);  qiyabi təhsil üzrə isə minimal keçid balı  293-dür;

Lənkəran Dövlət Universitetində əyani təhsil üzrə ödənişli əsaslarla 239,ödənişsiz əsaslarla 501 baldır;

Bakı Qızlar Universitetində keçid balı əyani təhsil üzrə ödənişli əsaslarla 207 bal təşkil edir;

Gəncə Dövlət Universitetində əyani təhsil üzrə ödənişli əsaslarla 293, ödənişsiz əsaslarla 473 baldır.

Təhsildə sosial-psixologiya fakültəsindən əlavə, iki universitetlərdə Psixologiya ixtisası üzrə də təhsil almaq mümkündür.  Belə ki, IV ixtisas qrupu üzrə Psixologiya ixtisasına keçid balı  Bakı Dövlət Universitetində  əyani təhsil üzrə ödənişli əsaslarla 412, ödənişsiz əsaslarla 471 baldır;

Sumqayıt Dövlət Universitetində əyani təhsil üzrə ödənişli əsaslarla 207, qiyabi təhsil üzrə ödənişli əsaslarla 200 bal-dır;

Qərbi Kaspi  Universitetində  əyani təhsil üzrə ödənişli əsaslarla 238, qiyabi ödənişli əsaslarla 200 baldır;

Xəzər Universitetində əyani təhsil üzrə ödənişli əsaslarla keçid balı 200 təşkil edir. Tədris ingilis dilindədir.

Bakı Avrasiya Universitetində əyani təhsil üzrə ödənişli əsaslarla 200 bal təşkil edir.

Odlar Yurdu Universitetində əyani təhsil üzrə ödənişli əsaslarla 200 baldır.

Bəs psixoloq, psixiatr, psixoterapevt və klinik psixoloq kimdir?

Psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan insanlar psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Psixologiya elminin bir sahəsi yoxdur. Konsultasiya aparmaq ixtiyarı verilən və bacarığı qazandıran klinik psixologiya, psixologiyanın alt sahələrindən sadəcə biridir. Eksperimental psixologiya, sosial psixologiya, inkişaf psixologiyası, məhkəmə psixologiyası psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiyanın sahələridir. 

Psixologiya üzrə təhsil aldıqdan sonra, klinik psixologiya sahəsində magistr dərəcəsini bitirən şəxs artıq mütəxəssis sayılır. O, diaqnoz qoymaq və terapiya aparmaq bacarığına sahibdir. Psixologiya ixtisasının və psixoterapiyanın tətbiq sahələrinin etik qaydalarına hakimdir və bu qaydalara əməl etməyə məsuldur. Həkim deyil, dərman yazmır. Klinik psixoloq və psixoterapevtlər sadəcə, nəzəri və akademik işlərlə məhdud qalmır, psixoterapiya təlimləri alır və superviziyanı tamamlayır.

Psixiatr: Tibb təhsilini tamamlayan və psixiatriya üzrə ixtisaslaşan mütəxəssisdir. Tibb təhsili aldığı üçün farmakoterapiya aparmaq ixtiyarına malikdir. Hər psixiatr, psixoterapevt deyil. Psixiatr psixoterapiya aparmaq üçün lazımi təhsili almalı və superviziyalarda iştirak etməlidir.

Psixoterapevt: Psixologiya sahəsində çalışan, diaqnoz qoymaq və bu istiqamətdə terapevtik üsullarla terapiya tətbiq etmək bacarığına malik mütəxəssisdir. Psixoterapevt olmaq üçün, mütləq psixoterapiya sahəsi üzrə əhatəli təhsil alınmalıdır və əlavə olaraq superviziya (mütəxəssisin nəzarəti altında davam etdirilən terapiya) keçməlidir. Klinik psixologiya dərəcəsi bu istiqamətdə təhsil verən proqramdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları