Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 17:53:00
İsmayıllıda iki min nəfərə yaxın təhsil işçisi peyvənd olunub  

İsmayıllı rayonunda yaş məhdudiyyəti olmadan məktəbəqədər təhsil müəssisələrinin işçiləri də daxil olmaqla bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb.

 

AzEdu.az xəbər verir ki, COVID-19 pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiyası zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan rayonun təhsil işçiləri vaksinasiya prosesində könüllü olaraq fəal iştirak edirlər. Bu günə qədər İsmayıllıda 2 min nəfərə yaxın təhsil işçisi peyvənd olunub. Vaksinasiya rayon mərkəzi xəstəxanasında hər cür şəraiti olan və zəruri avadanlıqlarla təchiz edilən xüsusi otaqlarda aparılır. Qrafik üzrə peyvənd olmağa gələn təhsil işçiləri qeydiyyat otağına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir, peyvənd vurulandan sonra 30 dəqiqə həkim müşahidəsində saxlanılır, daha sonra ona vaksinin ikinci dozasının vurulma tarixi barədə məlumat verilərək yola salınır.