Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 10:55:00
“Distant təhsillə bağlı problemlər bu ərazilərdə daha çoxdur”- Təhsil naziri  

  

“Hər müəllimin distant dərsləri eyni keyfiyyətdə keçməsi kifayət qədər çətindir”.

 

AzEdu.az  xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev  Azərbaycan televiziyasında yayımlanan“Hədəf”  verilişində  bildirib.

 

O, qeyd edib ki,  bəzi problemlərin qısa müddətdə aradan qaldırılması real görünmür:

 

“Bəzi qəsəbələrdə qısa müddətdə internetin təmin edilməsi obyektiv səbəblərdən mümkün deyil. Hər müəllimin distant dərsləri eyni keyfiyyətdə keçməsi kifayət qədər çətindir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın kənd yerlərində distant  tədrisin  problemləri özünü daha ciddi şəkildə büruzə verir.  Ona görə də teledərslərdən istifadə olunur. Ailələrin rolu hazırda əvvəlkindən daha çoxdur.  Əvvəlki dövrlə müqayisədə hazırda həm övladlarını psixoloji nöqteyi-nəzərdən dəstəkləməsi, həm də öyrətməsi baxımından valideynlərin rolu daha önəmlidir.  Emosiyaları düzgün idarə etmək lazımdır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları