Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-09 11:33:18
Təhsil Nazirliyi məktəb direktorlarını xaricə göndərməyi planlaşdırır

“Beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq ekspertlərin ölkəmizə gətirilməsi ilə yanaşı, eyni zamanda, məktəb idarəedicilərinin başqa ölkərə səfərlərini də təşkil etməyi vacib amillərədən sayırıq”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Məhəbbət Vəliyeva təhsilin keyfiyyətinin artırılması ilə bağlı danışarkən deyib.

O bildirib , növbəti dərs ilinin ən vacib istiqamətlərindən biri tədrisetmənin keyfiyyətinin yaxşılaşdırılması məsələsidir:

“Bu öz növbəsində ümumi təhsilin dövlət standartlarının reallaşdırılması və kurikulum standartlarının həyata keçirilməsini ehtiva edir. Növbəti dərs ili üçün hədəfləyəcəyimiz istiqamət məhz müəllimlərin gündəlik dərslərdə səriştəyə əsaslanan bilik və bacarıqların verilməsi istiqamətində görüləcək tədbirləri artırmaqdan ibarətdir”.

Qafar Ağayev