Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-05 14:10:00
“Mətbuat və sosial şəbəkələrdə həqiqət olmayan fikirlər paylaşılır” - İctimai Şuranın katibi

 

 

“Yoluxma sayında azalma olacaqsa, təhsil yenidən əyani formaya keçəcək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi,  fəlsəfə doktoru İlqar Orucov deyib.

 

O, nazirliyin keçirdiyi ictimai rəy sorğusu və buna uyğun olaraq 5 bölgədə tədrisin distant formaya keçirilməsinə münasibət bildirib:

 

“Müvafiq qərarla  Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində və Abşeron rayonunda  təhsil distant formaya keçirilib. Bu qərarın mahiyyətində  Azərbaycan insanının, təhsilalanların, təhsilverənlərin və pedaqoji heyətin sağlamlığı əsas faktor olaraq  nəzərə alınıb.

 

Yoluxma sayının kifayət qədər artması  və bunun qeyd olunan şəhər və rayonlarda  olması qərarın verilməsinə zərurət  yaradıb. 

 

Təhsil naziri cənab Emin Əmrullayevin sosial şəbəkə hesabında insanların rəy və sorğularını öyrənməsi nəticəsində böyük əksəriyyət məhz qeyd  olunan rayonların   distant təhsilə keçməsinin  vacibliyini qeyd edib. Təəssüf ki, həqiqəti əks etdirməyən bəzi fikirlər mətbuat və sosial şəbəkələrdə   paylaşılmaqdadır. Təhsil müəssisələrinin qapadılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargahın  tövsiyələri, apardığı çoxsaylı araşdırmalar, monitorinqlərin nəticələri , toplanmış materialların analizi nəticəsində gəlinən yekun rəy nəticəsində  verilən qərarlar müəyyənləşdirir.

 

Qapadılma  qərarlarını Təhsil Nazirliyi deyil,  Nazirlər Kabineti verir. Nəzərə alsaq ki, yoluxma sayında artımın olması bu qərarın vacib və zəruriyilini  ehtiva edir. Hesab edirəm ki, dövlət  vətəndaşlarının sağlamlığı üçün  narahatdır və  bununla bağlı müvafiq qərarların verilməsinə israrlıdır. Verilən qərar çox peşəkar və doğrudur. Ümid edirəm ki, vətəndaşlar  qaydalara əməl edəcək və biz yoluxma sayında yenidən azalma  müşahidə edə biləcəyik. O zaman  adı çəkilən şəhər və rayonlardakı  məktəblər  tədris  ilinin  sonunda  yenidən ənənəvi təhsilə  qayıda biləcək. Hazırkı qərar müvəqqəti xarakterlidir və konkret dövrü əhatə edir. Bu dövr ərzində yoluxma sayında azalma olacaqsa,  yenidən əyani formaya keçidi  təmin edəcəyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları