Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-04 16:36:00
Masallı məktəbliləri onlayn fənn olimpiadasında uğurla çıxış ediblər  

Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə ölkəmizin cənub bölgəsinin kollec tələbələri və ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən onlayn fənn olimpiadasında Masallı rayonunun məktəbliləri uğurla çıxış ediblər.

 

AzEdu.az xəbər verir ki, onlayn fənn olimpiadasında Masallı rayonunun Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Həsən Həsənzadə coğrafiya fənni üzrə ikinci, həmin məktəbin XI sinif şagirdi İzzət Kazımlı riyaziyyat fənni üzrə üçüncü, rayonun Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Pərvin Məhərrəmov isə biologiya fənni üzrə üçüncü yerə layiq görülüb.(Azərtac)