Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 16:24:00
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə layihə qəbulu başa çatır  

Aprelin 1-də təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu başa çatır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proses www.grants.edu.az saytı üzərindən bu gün saat 00:00-dək həyata keçiriləcək. Müsabiqə “İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması”, “Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması”, “Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması”, “Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği” və “Məktəb idarəetməsinin təkmilləşdirilməsi” mövzularını əhatə edir.

 

Müsabiqədə iştirak etmək üçün müraciət edən namizədlərdən şəxsi səhifələrini tez-tez yoxlamaları xahiş olunur.