Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 14:26:48
Azərbaycanda sutkalıq yoluxma 2146-ya çatdı, 25 nəfər öldü  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 259 476 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3 538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir.

 

Son sutka ərzində 14 099, hazırkı dövrədək isə 2 858 773 test aparılıb.