Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 14:14:00
1881-ci il alman alimlərinin xəritəsi: Ermənilər hardadır?

“Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə alman coğrafiyaçılarının 1881-ci ildə tərtib etdiyi xəritəni paylaşıb.

 

Bu barədə İ.Vəlizadə qeyd edib ki, sözügedən xəritə XIX əsrdə Qafqazın milli tərkibini əks etdirir.

 

Xəritədə azərbaycanlıların həmin dövrdə yaşadıqları sərhədlər aydın göstərilib.

 

“Xüsusilə Şuşa şəhəri azərbaycanlıların yaşadığı regionda göstərilib. Bundan başqa, Zəngəzurun xeyli hissəsi, Göyçə gölü ətrafındakı rayonlar, Ağrı dağ vadisinin bütün cənub hissəsi, o cümlədən İrəvanda azərbaycanlıların məskunlaşmasını görə bilərik”, - deyə Vəlizadə bildirib.

 

Maraqlıdır ki, müxtəlif etnos nümayəndələrinin yaşayış yerlərini göstərən köhnə xəritələrin əksəriyyəti xarici alimlər tərəfindən tərtib olunub ki, bu da onların qərəzsizliyini təsdiq edir.

 

Axar.az