Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 13:00:00
Qaxda koronavirusa görə daha bir məktəb distant tədrisə keçdi

Qax rayonundakı Zakir Müslümov adına Qum kənd tam orta məktəbi COVID-19 səbəbindən bağlanıb.

 

AzEdu.az xəbər verir ki, tədris ocağında koronavirusa yoluxma aşkarlandığından Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən bağlanıb.

 

Bildirilib ki, məktəb martın 29-dan iki həftə bağlı qalacaq və tədris distant formada həyata keçiriləcək. Hazırda dərslər onlayn formada keçirilir.

 

Qeyd edək ki, məktəbdə 243 şagird təhsil alır.